Milli Məclis payız sessiyasında bir sıra iqtisadi sənədlərin müzakirəsini planlaşdırır.
Bazar ertəsi Bakıda parlamentin payız sessiyası pz işinə başalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Xüsusilə, Milli Məclisin payiz sessiyasının qanunvericilik işi planına aşağıdakı iqtisadi sənəd layihələri daxil edilib: Rəqabət Məcəlləsi, “Qiymətləndirmə fəaliyyəti haqqında”, qanun “Ölçü vahidlərinin təmin edilməsi haqqında” qanun, “ Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun.
Bundan başqa, parlamentin iş planına Azərbaycanın 2013-cü il üçün büdcə layihəsinin və bücə paketinə daxil olan sənədlər paketinin müzakirəsi daxildir.
Parlamentin payız sessiyası dekabrın 30-da işini başa çardıracaq.