Azərbaycan parlamenti xarici parlament və beynəlxalq təşkilatların ünvanına müraciətlər və bəyanatlarla müraciət etməklə məşğul olan xüsusi komissiya yaradacaq.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin məlumatına görə, müvafiq qərar Milli Məclisib bazar ertəsi keçirilən ilk plenar iclasında parlamentin spikeri Oqtay Əsədovun təşəbbüsü ilə qəbul edilib. O azərbaycanlı zabit Ramil Səfərovun bu yaxınlarda ekstradisiyası və əfv olunması ilə bağlı xarici təşkilatların, həmçinin Avropa parlamentinin qeyri-obyektiv rəyindən hiddətlndiyini bildirib.
“Beynəlxalq təşkilatlar tərəfindən bu cür qətnamələrin qəbulu Azərbaycana təsir göstərmək məqsədi güdür. Bunların arxasında Ermənistan, erməni lobbisi və erməniyönümlü beynəlxalq təşkilatlar durur. Onların məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesini ləngitmək və bu məsələdə status-kvonun saxlanılmasıdır. Bu kifayət qədər aydındır. Nəticədə biz Avropa parlamentinin Azərbaycana təsir göstərən qətnamənin qəbul edilməsinin şahidi olduq”, - deyə spiker bildirib.
Onun sözlərinə görə, bu cür təsiri o şəxsən AŞPA üzv-ölkələrin parlament spikerlərinin görüşündə hiss edib. “AŞPA sədri Jan-Klod Minyon Azərbaycan və Ermənistyan nümayəndə heyətlərini qarşılıqlı ittiham və iddialardan imtina etməyi xahiş etdi. Biz bununla razılaşdıq, lakin erməni tərəfi Azərbycan Prezidentinin ünvanına iddialarını bildirərək yenidən R.Səfərov məsələsinə qayıtdı”, - deyə O.Əsədov bildirib.
Milli Məclisin spikeri qeyd edib ki, Azərbaycan nümayəndə heyəti erməni tərəfinin əsassız ittihamlarına cavab verib. Bildirilib ki, R.Səfərovun ekstradisiyası və əfv olunması məsələsi dünyada bir çox presedentlərə malikdir və mövcud beynəlxalq qanunvericilik çərçivəsində həyata keçirilib.
“Əfsuslar olsun ki, R.Səfərovun əfv olunması faktını pisləyən şəxslərin beynəlxalq terrorçuların Ermənistana ekstradisiyası və törətdikləri qanlı cinayətlər barədə məlumatları yoxdur. Belə ki, 2001–ci ildə onlarla insanı öldürən terrorçu Ermənistana verilib. Həmin cinayətkar Ermənistanda milli qəhrəman elan edilib. Lakin opponentlərimin heç birinin bu barədə məlumatları yox idi”, - deyə O.Əsədov bildirib.
Milli Məclisin spikeri bəyan edib ki, Xocalı soyqırımı zamanı dinc azərbaycanlıların öldürülməsində şəxsən iştirak etməklə fəxr edən Ermənistan prezidentinin demokratiya haqqında danışmağa hüququ çatmır. “Bütün bunları nəzərə alaraq, güman edirəm ki, gələcəkdə də Azərbaycana qarşı bu cür qeyri-obyektiv qətnamələr və qərarlar qəbul ediləcək. Qabaqlayıcı addımlar atmaq məqsədilə Milli Məclisdə parlament və beynəlxalq təşkilatların ünvanına müraciətlər və bəyanatlar qəbul edən komissiya yaratmağı təklif edirəm”, - deyə O.Əsədov vurğulayıb.
Baş leytenant Ramil Səfərov 2004-cü ildə Macarıstanda NATO qoşunları tərkibində hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Markaryanı öldürüb. R,Səfərov Budapeşt məhkəməsi tərəfindən ilk 30 il müddətində əfv olunmaq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib.
Avqustun 31-də Macarıstan R.Səfərovu Azərbaycana ekstradisiya edib, həmin gün o Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv olunub.