Azərbaycan Parlamenti deputatların etik davranış məcəlləsilayihəsini müzakirə edəcək. Bu barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynli bazar ertəsi Milli Məclisin payız sessiyasının birinci plenar iclasında məlumat verib.
“Hazırda deputatların parlament fəaliyyəti parlamentin daxili nizamnaməsi ilə nizamlanır, lakin biz deputatların paralmentdən kənar fəaliyyətini də tənzimləyən qanun layihəsinin işlənib hazırlanmasını təklif edirik”,- deyən Ə.Hüseynli əlavə edib ki, bu praktika bütün sivil ölkələrdə tətbiq edilir.
“Azərbaycanda hakimlərin, dövlət qulluqçularının etik davranış məcəlləsinin mövcud olmasına baxmayaraq deputatların etik davranış məcəlləsiyoxdur. Belə bir məcəlləsin işçi variantını biz artıq hazırlamışıq”,- deyə komitə sədri qeyd edib.