Azərbaycanda pensiyaların orta aylıq məbləği 2012-ci il oktyabrın 1-nə 151 manat təşkil edir. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatında bildirilir.
2012-ci il yanvarın 1-nə respublikada pensiyaların orta aylıq məbləği 145,2 manat təşkil edib. Beləliklə, yanvar-sentyabr aylarında pensiyaların orta həcmi 4% artıb.
2012-ci il oktyabrın 1-nə yaşa görə pensiyanın orta aylıq miqdarı 167 manat təşkil edir.
Bununla yanaşı, əlilliyə görə əmək pensiyası alanların sayı 371,137 min nəfər, bunların 147,934 min nəfəri – kişilər, 223,203 min nəfəri – qadınlardır.
DSMF-nin məlumatına əsasən, ümumi əmək pensiyaçılarından əlilliyə görə əmək pensiyası alanların 275,723 min nəfəri – 70-80 yaş arasında olan şəxslər, 86,53 mini – 80-90 yaş arasında olan şəxslər, 8,884 min nəfər – 90 yaşdan yuxarı olan şəxslərdir.