Azərbaycan Vergilər Nazirliyi 2 sahibkarların vergidən yayınma hallarını aşkarlayıb. Bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir.
Vergilər Nazirliyi müəyyyən edib ki, “Vüsal-R” şirkətinin direktoru Musa Tağıyev vergi bəyannamələrində qəsdən yalnış məlumatlar göstərməklə 37 min 496,73 manat məbləğində vergini ödəməkdən yayınıb.Sahibkara qarşı Cinayət Məcəlləsinin 213.1 maddəsi( külli miqdarda vergidən yayınma) ilə cinayət işi açılıb.Cinayət işi üzrə ittiham Baş Prokurorluq tərəfindən təsdiq edilib və baxılmaq üçün məhkəməyə göndərilib.
Bundan başqa,Vergilər Nazirliyi müəyyən edib ki, sahibkar Musa Nağıyev "Qlobal N.M.A.", "TNT LTD", "Fox Com" və "Pronto LTD" adlı dörd şirkət təsis edərək bu şirkətlərin hamısına rəhbərlik edib.Təhqiqatlar zamanı məlum olub ki, o şirkətin mühasibat hesabatlarındakı gəlir və xərclər üzrə məlumatları qəsdən dəyişdirərək 78 min 608,36 manat məbləğində vergini ödəməkdən yayınıb. M.Nağıyevə qarşı Cinayət Məcəlləsinin 213.1 maddəsi ilə cinayət işi qaldırılıb.Bu işlə bağlı materiallar Baş Prokurorluğa təqdim edilib.