Almaniyanın Bakıdakı səfiri Qerbert Kvelle Azərbaycanın cənub regionunda turizmin inkişafını perspektivli hesab edir.
“Bu mənim Lənkərana ilk səfərimdir. Biz regionun administrasiyası ilə münasibətləri müzakirə etdik. Lənkəran böyük turizm potensialına malikdir. Düşünürəm ki, biz bu sahədə nə isə edə bilərik”, - deyə almaniyalı diplomat Lənkəran rayon İcra hakimiyyətinin başçısı Taleh Qaraşovla danışıqların yekununda jurnalistlərə bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, görüşdə xüsusən bu regionda turizmin inkişafına Almaniya investisiyalarının yatırılması perspektivləri müzakirə olunub.
Lənkərana səfər zamanı Almaniyanın səfiri həmçinin yerli universutetdə olub, rektor və tələbələrlə görüşüb. Görüşdə tələbə mübadiləsi sahəsində əməkdaşlıq və s. məsələlər müzakirə edilib.
Bundan başqa, səfir Azərbaycanda keçirilən qızlar arasında U-17 futbol çempionatı çərçivəsində Lənkəranda Almaniya-Uruqvay oyununu izləyib.