Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Fransa Senatının enerji araşdırma qrupunun həmsədri senator Ladislas Poniatovskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə rəsmi mətbuat məlumat verib.
İ.Əliyev bildirib ki, bu yaxınlarda Parisdə prezident Fransua Ollandla görüşü və səfər zamanı keçirdiyi digər görüşlər Azərbaycan-Fransa münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqləyib. Əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın önəmini qeyd edən dövlət başçısı Fransa Senatı nümayəndələrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da gücləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
L.Poniatovski öz növbəsində Fransa tərəfinin ölkələr arasında mövcud əlaqələrin bütün sahələrdə, xüsusilə enerji sektorunda daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.