Bazar ertəsi ermıni tarixçilərinin saxtakarlıqlarını təkzib edən materiallar yerləşdirilən www.nofalsify.com yeni internet-resurs istifadəyə verilib.
Kitabın konseptual yeniliyi ondan ibarətdir ki, erməni saxtakarlıqlarını ifşa edənlər yalnız xarici ekspertlərdir. Politoloq Fuad Axundovun “Saxtakarlıqları ifşa edənlər” kitabı əsasında yaradılan sayta böyük məlumat bazası, ABŞ, Fransa, Almaniya, Avstriya, Böyük Britaniya, Hollandiya, Belçika, Fransa, İsveçrə, İsrail, Türkiyə, Rusiya, Gürcüstanın nüfuzlu nümayəndələrinin dilindən faktlar və birgə toplanan rəylər daxildir. Bunlar məşhur yazıçı, alim, din, ictimai xadimlər, hərbçilərdir.
“Saxtakarlıqları ifşa edənlər”in elektron versiyasında 2012-ci ilin may ayında eyni adlı kitabın birinci cildində dərc olunan materiallar yerləşdirilib. Yaxın zamanda kitrabın ikinci cildi işıq üzü görəcək. Xarici ekspertlərin fikirləri və elmi tezisləri 32 mövzunu əhatə edir: “Erməniləşdirilmiş Albaniya”, “Elm və antielm”, “Uydurma salnamələr və tərcümələr”, “İrəvan: tarix, həqiqət və yalan”, “Oğurlanmış əsərlər və mixi yazı”, “Erməniləşdirilmiş məşhurlar”, “Əlifba: həqiqət axtarışında”, “Ermənilərin Qafqaza demoqrafik təzyiqi”, “301-ci il - ermənilərin "Xaç suyuna salınması" və ya absurd tarix”, “Oğurlanmış kilsələr”, “Müsəlman ziyarətgahlarının məhv edilməsi”, "Daşnak üçün öldürülmüş erməni qiymətlidir" və s.
F.Axundov qeyd edir ki, “sayt ilk növbədə ermənilər üçün yaradılıb. Onlar hansı səbəbdən dünyanın yüzlərlə məşhur tarix və mədəniyyət xadimlərinin erməni həmkarlarını saxtakarlıq və aldatmada ittiham etdikləri barədə düşünməlidir. Saxta kommunizm ideologiyası sovet vətəndaşlarını aldatdığı zaman onlar həqiqəti xaricdən öyrənirdilər. Buna oxşar olaraq, hazırda erməni xalqı kitabın saytına daxil olaraq həqiqəti öyrənəcək. Bu ümumi saxtakarlıq sistemini dağıtmağa və erməni xalqını yalandan azad etməyə kömək edəcək”.