Western Union şirkətinin Azərbaycanda keçirdiyi aksiya çərçivəsində turizm vauçerləri qazanan ikinci beş qalibin adları bəlli oldu.
Bakı, 2 Oktyabr 2012 – Qlobal ödəmə xidmətləri üzrə dünya lideri Western Union (NYSE: WU) şirkəti Azərbaycanda, “Heyrətləndirici dünya!” aksiyası çərçivəsində keçirilən ikinci uduşlu lotereyanın nəticələrini elan edir. Ikinci lotereyanın oynanılması 2012-ci il, Sentyabrın 21-də baş tutub:
Mükafat sahibləri aşağıdakı kuponların sahibləridir:
№ | Kuponun seriya nömrəsi |
1 | 058981 |
2 | 042367 |
3 | 024544 |
4 | 038680 |
5 | 039821 |
Beləliklə, beş qalibin hər biri 1 000 manat dəyərində istənilən ölkə üzrə turizm vauçeri əldə etmiş oldu.
Aksiya haqqında:
Aksiyada iştirak edən tərəfdaş bankların bölmələri vasitəsilə Azərbaycanda pul köçürmələri edən, yaxud pul alan hər bir Western Union müştərisinə iki hissədən ibarət kupon verilir. Kuponun bir hissəsi müştəridə, digəri isə lotereyada iştirakı təmin etmək üçün əməliyyatçıda qalır. Lotereyada iştirak etmək üçün əməliyyatçının təqdim etdiyi kuponu dolduraraq, şəxsi məlumat, telefon nömrəsi, eyni zamanda, pul köçürmə ölkəsini göstərmək lazımdır. Kampaniya iki tirajdan ibarətdir. Aksiya çərçivəsində 10 müştəri 1000 manat məbləğində, xaricə səyahət üçün turizm vauçeri qazanacaq.
Western Union-unaksiyada iştirak edəntərəfdaşları:Azerbaijan Industry Bank, DemirBank, Expressbank, Parabank, Günay Bank, AFB Bank, TuranBank, AtraBank, AccessBank, AtaBank.
Aksiyanın şərtləri haqqında ətraflı məlumat əldə etmək üçüntelefon– (012) 492 30 44 (zəng pulludur).
Western Union şirkəti haqqında
Western Union (NYSE: WU) şirkəti ödəniş xidmətləri üzrə dünya bazarında liderlərdən biridir. Vigo, Orlandi Valuta, Pago Facil kimi pul köçürmə sistemləri ilə yanaşı Western Union-un hüquqi şəxslərə xidmətlərin göstərilməsi üzrə ixtisaslaşan bölməsi də var (Western Union Business Solutions). Western Union istehlakçılara bütün dünya üzrə sürətli, etibarlı və rahat şəkildə pul köçürmələrini həyata keçməyi təklif edir. Western Union, Vigo və Orlandi Valuta qlobal şəbəkəsinin dünyanın 200-dən çox ölkəsində və ərazisində 500 mindən yuxarı xidmət məntəqəsi var. 2011-ci ildə Western Union bütün dünya üzrə fiziki şəxslər arasında ümumi dəyəri 81 milyard dollar olan 226 milyon maliyyə əməliyyatı həyata keçirib. Şirkət həmçinin fihüquqi şəxslər arasında 425 milyon pul köçürməsini reallaşdırıb.
Daha ətraflı məlumatı şirkətin rəsmi səhifəsindən əldə etmək olar: www.westernunion.com.