“TuranBank” və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə “Kənd təsərrüfatı kreditlərinə zəmanət” layihəsi üzrə müqavilə imzalayıb.
Layihənin əsas məqsədi - kənd təsərrüfatı sektorunda mikro, kiçik və orta sahibkarlıq üzrə kreditlərə USAİD tərəfindən zəmanət verməklə onların inkişafını dəstəkləməkdir.
“Layihənin müddəti 8 illik olmaqla kənd təsərrüfatının, xüsusilə narçılıq, fındıqçılıq, alma, akvakultura və südçülük sahələrinin inkişafını hədəfləyir. Xüsusilə qeyd etmək lazımdır ki, layihənin əsas məqsədlərindən biri də qadınların rəhbərlik etdiyi müəssisələrə maliyyə dəstəyi verməklə onların iqtisadi aktivliyini daha da artırmaqdır. Layihə TuranBankın müştəriləri arasında bankın xidmət və məhsullarına inamının daha da artmasında öz töhvəsini verəcəkdir”, - deyə məlumatda qeyd olunur.
“TuranBank” USAID ilə əməkdaşlığa 2011-ci ilin fevral ayında “Azərbaycanda rəqabətlilik və ticarət (ACT)” layihəsi çərçivəsində başlayıb.
“TuranBank” 1992-ci ilin iyun ayından fəaliyyət göstərir. Onun təsisçiləri 5 hüquqi (21,65% pay) və 20 fiziki şəxsdir (78,35% pay).