2012-ci ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 7 mlrd. 899 mln. 532,440 min manat təşkil edib. Bu barədə birjanın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2011-ci ilin yanvar-sentyabr aylarında BFB-də əqdlər üzrə dövriyyə 5 mlrd. 689 mln. 889,422 min manat təşkil edib. Beləliklə, birjada əqdlər üzrə ümumi dövriyyə 38,83% artıb.
Ümumi dövriyyədən 91,9% əqd dövlət qiymətli kağızlarının payına düşüb. Onların həcmi 7 mlrd. 262 mln. 876,185 min manat (artım 39,86%), korporativ sektorda əqdlər - 636 mln. 656,255 min manat (artım 28,14%) təşkil edib.
Hesabat dövründə ilkin bazarda 85 mln. 499,742 min manat (azalma 57,83%), təkrar bazarda - 13 mln. 172,81 min manat (azalma 65,75%) məbləğində DQİ yerləşdirilib.
2012-ci ilin yanvar-sentyabr aylarında Mərkəzi Bankın qısamüddətli notlarının ilkin bazarında yerləşdirilmənin həcmi 726 mln. 919,777 min manat (artım 33,6%), təkrar bazarda - 12 mln. 486,939 min manat (artım 30,68%) təşkil edib. Repo əməliyyatları 6 mlrd. 424 mln. 796,914 min manat (artım 46,07%) təşkil edib.
Hesabat dövründə ilkin bazarda yerləşdirilən korporativ istiqrazların həcmi 37 mln. 341,335 min manat (azalma 65,41%), təkrar bazarda - 254 mln. 714,022 min manat (artım 15,46%) təşkil edib.
Yanvar-sentyabr aylarında birja meydançasında 335 mln. 788,218 min manat (artım 4,1 dəfə), təkrar bazarda - 8 mln. 812,679 min manat həcmində səhm (artım 41,3%) yerləşdirilib.