2012-ci il oktyabrın 1-də erməni tarixçilərinin saxkarlıqlarının ifşa edilməsinə həsr olunan www.nofalsify.com saytının istifadəyə verilməsi İrəvan qalasının Rusiya ordusuna verilməsinin 185-illiyinə həsr olunur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə politoloq Fuad Axundov bəyan edib.
“Rus ordusu qalanı 1827-ci il oktyabrın 1-də ələ keçirib. Hətta hücum zamanı rus qoşunları heç də qalaya zərər vurmaq, xüsusən də dağıtmağa cəhd etməyiblər. Əksinə, onlar İrəvan qalasını daha da möhkəmlədiblər və ondan Cənubi Qafqazda güclü istehkam kimi istifadə ediblər”, - deyə F.Axundov bildirib.
“Lakin, bu qala 1828-ci ildə Türkmənçay sülh müqaviləsi imzalandıqdan sonra Fars imperiyasından bu torpaqlara köçürülən erməniləri qətiyyən razı salmırdı. Köçürüldükdən sonra ermənilər öz areallarını genişləndirmək məqsədilə burada yaşayan azərbaycanlıları sıxışdırmağa başladılar. Bu barədə Qriboyedov Rusiya imperatoru I Nikolaya məruzə edib. Artıq həmin illərdə ermənilər gələcək təcavüzkar, işğalçı siyasətin əsasını qoyublar. 1960-70-ci illərdə ağır texnikanın köməyi ilə İrəvan qalası tamamilə dağıdılıb. Ermənilər bunu həmin əraziyə kənardan gəlmə faktını yox etmək məqsədi ilə həyata keçiriblər. Ermənilər tarix və mədəniyyəti öz xeyirlərinə çevirdikləri kimi qalanı dəyişdirmək iqtidarında deyildilər. Çünki, Azərbaycanın memarlıq üslubunda mövcud olan bütün binalar və əzəmətli divarlar aydın şəkildə onların ermənilərə məxsus olmadığını sübut edirdi. Bu səbəbdən yalnız qalanı dağıtmaq lazım idi. Həm də bunu SSRİ dövründə həyata keçiriblər”, - deyə F.Axundov bildirib.
“Məhz bu səbəbdən “Saxtakarlıqları ifşa edənlər” kitabımın əsasında yaradılan www.nofalsify.com saytı İrəvan qalasının verilməsinin 185 illiyi günü istifadəyə verilib. Bu regionun tarixində ən böyük saxtalaşdırmadır”, - deyə F.Axundov qeyd edib.
Onun sözlərinə görə, erməni rəhbərliyinin vandalizm aktı Ermənistanın hazırki paytaxtını tarixi mərkəzdən məhrum edib. “Qədim şəhərin sakinləri öz tarixi memarlıqlarına qayğı ilə yanaşırlar. Lakin, erməni barbarlarının səyləri nəticəsində İrəvanda bu cür memarlıq nümunələri artıq qalmayıb. İrəvan dünyada yeganə dəyişdirilmiş şəhərdir ki, burada bir sivilizasiyanın memarlığı yer üzündən silinərək xarabalıqları üzərində simasız şəhər salınıb”, - deyə F.Axundov vurğulayıb.