“Ansar Leasing”, “Turan Lizinq” və “Nikoyl lizinq” şirkətləri Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasına (ALSA) daxil olublar. Bu barədə Assosiasiyadan məlumat verilib.
Məlumatda qeyd olunur ki, “Ansar Leasing” və “Turan Lizinq” şirkətləri tamhüquqlu üzv olduqları halda, “Nikoyl lizinq” müşahidəçi qismində qoşulub.
“Lizinq sektorunun tam inkişafı üçün bütün şirkətin birləşməsi azımdır. Sıralarımızın artması məqsədlərimizə nail olmaq üçün imkanlarımızı genişləndirir”, - deyə məlumatda ALSA-nın sədri Elçin Əhmədovun sözlərindən sitat gətirilir.
ALSA-nın üzvlərinin sayı 11-ə qədər artıb.
ALSA 2005-ci ildə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) reallaşdırdığı Azərbaycanda lizinqin inkişafına dair layihə çərçivəsində təsis edilib.
“Ansar Leasing” 2008-ci il dekabrın 12-də dövlət qeydiyyatından keçib. Şirkət Özəl Sektorun İnkişafı Üzrə İslam Korporasiyası (İCD) tərəfindən təsis edilib və fəaliyyətində şəriətin normalarına yönəlir.
2006-cı ildə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyidir (SECO) “Turanbank”ın törəmə müəssisəsinin – “TuranLizinq” şirkətinin yaradılmasına dair ikitərəfli memorandum imzalayıblar. “TuranLizinq” MMC 2006-cı il avqustun 21-də dövlət qeydiyyatından keçib.
“Nikoyl lizinq” şirkəti 2007-ci ilin dekabrında təsis edilib. Şirkətin nizamnamə kapitalı 100 min manata bərabərdir və onun yeganə səhmdarı “Uralsib lizinq” şirkətidir.