Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik missiyasının başa çatması ilə əlaqədar Finlandiyanın səfiri Petri Salonu qəbul edib. Bu barədə nazirlikdən məlumat verilib.
Görüşdə tərəflər iki ölkənin hazırki münasibətlərin səviyyəsindən məmnunluq ifadə ediblər, əlaqələrin genişlənməsi üçün potensialın mövcud olduğunu qeyd ediblər. Azərbaycan XİN rəhbəri səfirə münasibətlərin inkişafına töhfəsinə görə minnətdarlığını bildirib.