Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Bu barədə rəsmi mətbuat məlumat verib.
Qonaq təşkilatın fəaliyyətinə göstərdiyi yüksək qayğıya və dəstəyə görə İSESCO-nun 30 illiyinə həsr olunmuş emblemi Azərbaycan Prezidentinə təqdim edib.
İ.Əliyev öz növbəsində Ə.Tüveycrinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd edib.
Görüşdə keçiriləcək Forumun əhəmiyyəti vurğulanıb, həmçinin Azərbaycan ilə İSESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə edilib.