Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə “elektron imza” (“e-imza” – İF-Az) vəsiqəsinin alınması proseduralarını sadələşdirib. Bu barədə nazirlikdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, bu məqsədlə nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən elektron ərizə proqram məhsulu hazırlanıb.
Bu proqramın köməyi ilə vətəndaşlar internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və online qaydada ödəniş etməklə, üç gündən yeddi günədək qənaət edərək “e-imza” kartı sifariş edə bilərlər.