2012-ci il sentyabrın 1-nə Azərbaycan banklarının ümumi aktivlərinin həcmi 15 mlrd. 513,9 mln. manat təşkil edir. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
2012-ci il yanvarın 1-nə bankların ümumi aktivləri 13 mlrd. 946,8 mln. manat təşkil edib. Beləliklə, Azərbaycanda banklar 2012-ci ilin yanvar-avqust aylarında aktivləri 11,2% artırıb.
AMB-nın məlumatına görə, 2012-ci il sentyabrın 1-nə bankların kredit qoyuluşları 10 mlrd. 846,6 mln. manat (2012-ci ilin yanvar-avqust ayları ərzində artım 11,8% - İF-Az), məcmu kapitalı – 2 mlrd. 237,5 mln. manat (artım 18,6% - İF-Az) təşkil edib.
Sentyabrın əvvəlinə olan vəziyyətə görə, Azərbaycanda əhalidən banklar tərəfindən 4 mlrd. 462,6 mln. manat (artım 8,3% - İF-Az) məbləğində əmanət cəlb edilib.