Rusiyanın tanınmış estrada müğənnisi Filipp Kirkorov tamaşaçıların xahişi ilə Heydər Əliyev Sarayında iki gün konsert verəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Sarayın mətbuat xidmətindən məlumat verilib.
Rusiyanın xalq artistinin daha əvvəl noyabrın 9-na nəzərdə tutulmuş konserti artıq noyabrın 8-də də keçiriləcək.
F.Kirkorov paytaxtda “3D-Show” adlı proqramla çıxış edəcək.
Biletlərin qiyməti 45-250 manat arasındadır.