Bakıda “City Challenge GT3” avtomobil yarışları keçiriləcək.
“Tədbirin rəsmi açılışı cümə günü oktybarın 26-da keçiriləcək. Bir gün öncə, cümə axşamı praktiki sessiya keçiriləcək. Yarışın final hissəsi bazaar günü oktyabrın 28-də olacaq və 60 dəqidə davam edəcək”, - deyə cümə axşamı Bakıda keçirilən mətbuat konfransında “City Challenge GT3”-in mətbuat ilə əlaqələr şöbəsinin rəhbəri Rene de Boer. Yarışlar Neftçilər prospektində keçiriləcək, bununla əlaqədar bu küçədə həmin günlər nəqliyyat məhdudlaşdırılacaq.
“City Challenge”-in rəhbəri Qelmut Beyer yarışların keçirilmə yerini şəxsən özü seçib. Biz inanırıq ki, onlar yüksək səviyyədə təşkil olunacaq”, - deyə o əlavə edib.
O qeyd edib ki, yarışları iki hissəyə bölmək mümkündür – idman və mədəni. Mədəni proqram çərçivəsində müxtəlif tədbirlər keçiriləcək.
“Tədbirin mədəni hissəsi “City Challenge Kogo” adı altında keçiriləcək. Bu proqrama rəqslər, akrobatika, dj-lərin çıxışı daxildir”, - deyə R.Boer qeyd edib.
Tədbir təşkilatçıları gənc nəsli də unutmayıblar. R.Boerin sözlərinə görə, Milli Parkda klounların iştirakı ilə müxtəlif şou proqramlar təşkil olunacaq.
Tədbirin idman hissəsi R.Boer qeyd edib ki, burada Ferrari, Lamborghini, Porsche, BMW, Audi və s. kimi avtomobil markaları iştirak edəcək.
“Uzunluğu 2,1 km olan trassda Neftçilər prospektində keçiriləcək avtomobil yarışları başa çatandan sonra motosiklet yarışları da keçiriləcək. Yarışlar dünyanın 65 telekanalında birbaşa yayımlanacaq. Onları 130 mln.-dan artıq şəxs izləyəcək”, - deyə R.Boer vurğulayıb.
Yarışları Gənclər və İdman Nazirliyinin və Azərbaycan Motoidman Federasiyasının dəstəyi ilə təşkil ediləcək.