H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı yeni mövsümü M.F.Axundzadənin komediyası əsasında hazırlanmış tamaşa ilə açır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Belə ki, oktyabrın 5-də Sumqayıtda dramaturq və mütəfəkkir M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasının motivləri əsasında hazırlanmış tamaşanın nümayişi gözlənilir.
Quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmli olan tamaşada Akif Mirzəyev, Oktay Mehdiyev, İlahə Səfərova və başqaları rol alıblar.