SOCAR “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin saytında məlumat verilir.
2291 nömrəli quyu 1887 nömrəli özüldən qazılıb və dərinliyi 3026 metrdir.
Quyu sutkada 27 ton neft hasilatı ilə işləyir.
1887 nömrəli platformadan ümumilikdə 40 quyunun qazılması nəzərdə tutulub. Hazırda 34 quyu uğurla istismar olunur.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.