SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) qazma idarələri 2012-ci ilin yanvar-sentyabr aylarında qazma işlərinin həcmini ötən ilin analoji dövrü ilə müqayisədə 9,6% - 107,588 min metrədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Kəşfiyyat qazma işlərinin payı 5,452 min metr, istismar qazma işlərinin payı 102,136 min metr təşkil edib.
2012-ci ilin sentyabr ayında SOCAR üzrə qazma işlərinin həcmi 7,744 min metr təşkil edib. Bunun 7,466 min metri istismar, 0,278 min metri kəşfiyyat qazma işlərinin payına düşüb.
Xəbər verildiyi kimi, 2011-ci ildə SOCAR üzrə qazma işlərinin həcmi 147,287 min metr, o cümlədən istismar qazma işlərinin həcmi 133,343 min metr, kəşfiyyat qazma işlərinin həcmi 13,944 metr təşkil edib.