“Qiymətli kağızlar haqqında” qanun layihəsi Azərbaycanda investisiya şirkətlərinin institutu yaradılmasını nəzərdə tutur. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı cümə günü jurnalistlərə bəyan edib.
“Bu şirkətlər keçirilən əməliyyatlardan asılı olaraq müxtəlif kateqoriyalara bölünəcək. Qanunda investorların hüquqları, maliyyə şəffaflığı, məlumatın təqdim edilməsinə daha dəqiq tələblər öz əksini tapacaq”, - deyə R.Aslanlı bəyan edib.
QKDK sədri qeyd edib ki, qanun layihəsi həm emitent, həm də qiymətli kağızlar alan investorlar müəyyən edir.
“Bundan başqa, qiymətli kağızlar bazarının ticarəti və bundan sonra hesablaşmalara tamamilə yeni bazar arxitekturası nəzərdə tutulur, həmçinin qiymətli kağızların iki yaruslu depozitar saxlanc sistemi üçün hüquqi zəmin yaradır”, - deyə o vurğulayıb.
İnvestisiya fondlarının yaradılması barədə danışaraq R.Aslanlı qeyd edib ki, müraciətlər olunub, lakin hazırda bu istiqamətdə konkret addımlar atılmayıb. “Biz dövlət olaraq investisiya fondlarının yaradılması və normal fəaliyyət göstərməsi üçün bütün şərait yaratmışıq. Bu cür addımlar atmamışdan öncə dəqiq uzunmüddətli təhlil aparmaq lazımdır”, - deyə QKDK sədri bildirib.
Cümə günü Bakıda Milli Depozit Mərkəzinin (MDM) 15 illiyinə həsr edilən “Kapital bazarlarının formalaşdırılması: trendlər, çağırışlar, imkanlar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.
R.Aslanlının sözlərinə görə, forumun keçirilməsinin əsas məqsədi kapitallra bazarı sahəsində təcrübə mübadiləsidir. “Bizim artıq bir il ərzində “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramını həyata keçirməyimizi nəzərə alsaq bu çox vacib konfransdır”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, “Qiymətli kağızlar haqqında” qanun Azərbaycan hökümətinə təqdim edilib.