Nəqliyyat Nazirliyinin “Azəryolservis” Səhmdar Cəmiyyəti “Şəfa” stadionunun qarşısında avtomobil tuneli və yeraltı piyada keçidinin tikintisi üçün hazırlıq işlərinə başlayıb. Bu barədə SC-nin məlumatında deyilir.
“Avtomobil tuneli və yeraltı piyada keçidi H.Əliyev prospekti ilə Müzəffər Nərimanov və 5-ci Köndələn küçələrinin kəsişməsində inşa oluncaq”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, tunel və keçidin yerləşəcəyi ərazi boyu kommunikasiyaların köçürülməsinə başlanılıb.