Rusiya hərbi-dəniz donanmasının Xəzər flotiliyasının gəmiləri Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rusiyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfərin məqsədi Xəzər dənizində Rusiya və Azərbaycan dənizçiləri arasında dostluq münasibətlərin inkişafı və möhkəmlənməsidir.
Səfər zamanı işğüzar görüşlərin keçirilməsi, o cümlədən hərbi-dəniz sahəsində təcrübə mübadiləsi və birgə idman tədbirlərinin keçirilməsi gözlənilir.
Gəmilər cari il oktyabrın 9-11-də “Tatarstan” hərbi gəmi flotiliyası və flotiliyaya komandanlıq edən kontr-admiral S.Q.Alekminskinin bayrağı altında “MB-58” dəniz yedəyinin tərkibində Azərbaycan səfər edəcək.
Oktyabrın 10-da “Tatarstan” gəmisinə giriş Bakı sakinləri üçün açıq olacaq.