İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının üçüncü iclası oktybarın 9-da Budapeştdə keçiriləcək.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi altında nümayəndə heyəti oktyabrın 8-də Mcarıstana yola düşür.
Nümayəndə heyətinin tərkibinə işğüzar dairələr daxildir. Onlar üçün bazar ertəsi Azərbaycan-Macarıstan biznes-forumu təşkil ediləcək.
Macarıstana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, Macarıstanın istehsalat müəssisələrinin fəaliyyəti ilə tanış olacaq.