Bakı Metropoliteni beş vaqonun modernləşdirilməsi və əsaslı təmiri üzrə xidmətlərin göstərilməsi ilə bağlı tender elan edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Bakı Metropolitenindən məlumat verilib.
Tenderdə iştirak haqqı 200 manatdır.
Təklifin dəyərinin 1%-i həcmində bank zəmanəti ilə müşayiət olunan tender təklifləri noyabrın 22-nə qədər qəbul edilir.
Tender proseduru noyabrın 23-də keçiriləcək.