Azərbaycan 10-14 oktyabrda Almaniyada beynəlxalq kitab sərgisinin işində iştirak edəcək.Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Frankfurtda keçiriləcək kitab sərgisi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirlyinin əməkdaşları Almaniyaya ezam ediliblər.
Ölkəmizə aid 40 kv.m.-lik sahəni əhatə edən stenddə Azərbaycan, ingilis, alman və rus dillərində buraxılmış 350 adda, 600 nüsxəyə yaxın çap məhsulları sərgi iştirakçılarına təqdim olunacaq.
Bundan başqa, oktyabr ayının 13-də sərgi çərçivəsində Azərbaycan və Almaniyanın bir çoxa tanınmış dövlət və mədəniyyət xadimlərinin iştirakı ilə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar tədbirin keçirilməsi də nəzərdə tutulub.