Nəqliyyat Nazirliyinin "Azəryolservis" Səhmdar Cəmiyyəti Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 177-ci km-də yeni körpünün tikintisinə başlayıb. Bu barədə SC-nin saytında məlumat verilir.
Yeni körpü avtomobil yolunun 177-ci km-də Quruçay üzərindəki qəzalı vəziyyətə düşən körpünün yerində tikilir.
SC-nin məlumatına görə, yeni körpünün uzunluğu 42 m, eni isə 14 m təşkil edəcək. Hər tərəfdə piyadaların hərəkəti üçün 1 m enində səki salınacaq.
Körpü yaxın aylarda istismara veriləcək.