Pakistanlı mütəxəssislər Bakı Dövlət Universitetində mühazirələr oxuyublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyin BDU-dan məlumat verilib.
Bakı Beynəlxalq Humanitar Forumun işində iştirak etmək üçün Bakıya gələn Pakistanlı mütəxəssislər BDU-da olublar, tarix, beynəlxalq münasibətlər və jurnalisitka fakültələrində mühazirələr oxuyublar.
Belə ki, Razia Sultanın, Sərvət Raufun və Məhəmməd Asif Nurun mühazirələri “Pakistanın mədəniyyəti, incəsənəti və tarixi”, “Pakistan-Azərbaycan: Güclənən ikitərəfli əməkdaşlıq”, “Sosial media: Dəyişiklik, çağırışlar və imkanlar” mövzularında olub.