Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 2012-ci ilin sonunadək mobil “elektron imza”nın verilməsinə başlamağı planlaşdırır. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov çərşənbə axşamı jurnalistlərə belə bildirib.
“Mobil “elektron imza” vasitəsi ilə biz vətəndaşların mobil telefonlar vasitəsi ilə bütün elektron xidmət növlərindən istifadə etmələrini asanlaşdıracağıq. Mobil elektron imzaların verilməsi üçün Azərbaycanda fəaliyyətdə olan üç mobil rabitə operatorları ilə proqram təminatı və müvafiq proqramların texniki təchizatı üzrə işlər aparılır”,- deyə o qeyd edib.
Nazir müavini əlavə edib ki, hazırda Azərbaycan əhalisinə təxminən 200 növdə elektron xidmət göstərilir, yaxın vaxtlarda bi xidmətlərin sayı 400-ə çatdırılacaq.