Bakı Slavyan Universiteti və Boris Yeltsin adına Ural Federal Universiteti əməkdaşlığa dair saziş imzalayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BSU-dan məlumat verilib.
Sazişi BSU rektoru Kamal Abdulla və UFU rektoru Viktor Kokşarov imzalayıblar. İmzalanma mərasimində çıxış edən K.Abdulla vurğulayıb ki, BSU kollektivi və tələbələr Azərbaycanda rusların məskunlaşdığı kənd və qəsəbələrdə folklor nümunələrinin toplanması ilə məşğul olurlar.
İki universitetin əməkdaşlığına dair sazişdə Azərbaycanda rus dilinin folklorunun öyrənilməsi və təhlili nəzərdə tutulur. Sazişdə, həmçinin birgə elmi əsərlərin nəşri nəzərdə tutulur.
Sazişdə, o cümlədən Yekaterinburqda Azərbaycan dili və mədəniyyəti Mərkəzinin açılışı nəzərdə tutulur.