Nazirlər Kabineti "Azərsu" SC nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılmasını təsdiq edib.
Müvafiq qərarın mətni çərşənbə axşamı hökumətin saytında dərc edilib.
Müdiriyyətin yaradılmasında məqsəd aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması və tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsidir.