Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 874 mln. 707,3 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 593 mln. 200,21 min manat, aksizlər üzrə – 53 mln. 897,28 min manat, yol vergisi üzrə – 12 mln. 354,06 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 215 mln. 225,75 min manat məbləğində olub.
2012-ci ilin sentyabr ayında DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 107 mln. 757,48 min manat, həmçinin ƏDV üzrə - 90 mln. 681,02 min manat, aksizlər üzrə – 9 mln. 564,63 min manat, yol vergisi üzrə – 1 mln. 362,5 min manat, gömrük rüsumları üzrə - 6 mln. 149,33 min manat təşkil edib.
Xəbər verildiyi kimi, 2012-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1,2 mlrd. manat həcmində proqnozlaşdırılır.