Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın 15 illiyi ilə əlaqədar Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün çərşənbə günü Ukraynaya gedib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tədbir E.Məmmədyarovun sədrliyi ilə keçəcək.
Bundan başqa, bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.