Dövlət Sosial Müdafiə Fondu (DSMF) çərşənbə günü oktyabr ayının pensiyalarının Bakıda və Naxçıvan Muxtar Respublikasında pensiyaçıların hesabına köçürülməsi prosesinə başlayıb. Bu barədə çərşənbə günü jurnalistlərə fondun sədri Səlim Müslümov məlumat verib.
"Bu gün ayın 10-dur və biz 2012-ci ilin oktyabr ayının pensiyalarını Bakının bütün rayonlarında və Naxçıvan MR-də pensiyaçıların hesabına köçürmüşük. Bu məqsədlər üçün 52 mln. manat yönəldilib", - deyə S.Müslümov bildirib.
Onun sözlərinə görə, gələn həftə DSMF respublikanın qalan rayonlarında pensiyaların pensiyaçıların hesabına köçürülməsinə başlayacaq. "DSMF-in hesabında 65 mln. manatdan çox vəsait var və biz onları respublikanın qalan rayonlarında pensiyaların verilməsinə yönəldəcəyik", - deyə DSMF sədri qeyd edib.
S.Müslümov əlavə edib ki, hazırda Azərbaycanda pensiyaçıların 99,4%-i pensiyanı plastik kartlar vasitəsilə alır.