Yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru müəssisələri dövlət büdcəsinə 4 mlrd. 462 mln. 764,5 min manat məbləğində vergi köçürüb. Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, 9 ay ərzində qeyri-neft-qaz sektorunun xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 2 mlrd. 462 mln. 265,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,1% çoxdur.
ƏDV üzrə daxilolmalar Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə köçürmələrin 24%-ni, mənfəət vergisi üzrə – 37,2%-ni, gəlir vergisi üzrə – 12,9%-ni, aksizlər üzrə - 8%-ni təşkil edib.
Xəbər verildiyi kimi, 2012-ci ildə Vergilər Nazirliyi üçün dövlət büdcəsinə köçürmələr üzrə plan 5 mlrd. 911,6 mln. manat təşkil edir.