Özbəkistanın prezidenti İslam Karimov cümə axşamı Azərbaycanan iki günlük rəsmi səfər edəcək. Bu barədə Özbəkistanın prezidentinin rəsmi saytında məlumat verilib.
İ.Karimov Prezident İlham Əliyevin dəvəti ilə Bakıya gələcək.
Yüksək səviyyədə keçiriləcək danışıqlar zamanı ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivlərini müzakirə etmək, aktual regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparmaq nəzərdə tutulur.
Məlumata əsasən, rəsmi səfərin yekunlarına dair dövlət rəhbərlərinin birgə bəyanatının, o cümlədən müxtəlif sahələrdə Azərbaycan-Özbəkistan əməkdaşlığının gələcəkdə möhkəmlənməsinə yönələn bir sıra sənədlərin imzalanması gözlənilir.