2012-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ÜDM-nin artımı 1,1% təşkil edib. Bu barədə Prezident İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan edib.
“Qeyri-neft sektorunda artım 10,3% təşkil edib”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı vurğuayıb ki, hesabat dövründə əhalinin pul gəlirləri 12% artıb, inflyasiya 15% təşkil edib.
Prezident qeyd edib ki, 9 ay ərzində ASK məhsulunun istehsalının artımı 6,3% təşkil edib.
Sentyabrın sonuna Azərbaycanın valyuta ehtiyatları $45 mlrd. təşkil edib.
İ.Əliyev qeyd edib ki, özəl sektorun ÜDM-də payı 83% təşkil edib.
Azərbaycan iqtisadiyyatına ümumi investisiyalar $16 mlrd. təşkil edib, onların 70%-i – daxili investisiyalardır.
Prezident vurğuayıb ki, oktyabrın əvvəlinə respublikada orta aylıq əmək haqqı $500, orta aylıq pensiya - $190 təşkil edir.
“Bizim bütün iqtisadi təşəbbüslərimiz Azərbaycan əhalisinin rifahının yaxşılaşmasına yönəlib. Bu rəqəmlər həmin istiqamətdə nailliyyətlərdən xəbər verir”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı əlavə edib ki, 2013-cü il üçün Azərbaycanın dövlət büdcəsinin xərcləri 20 mlrd. manat səviyyəsində proqnozlaşdırılır.
Bununla yanaşı, o vurğulayıb ki, 2013-cü ildə Azərbaycanda sahibkarların SKMF vəsaitlərindən güzəştli kreditləşmənin həcmi 300 mln. manat təşkil edəcək.