Prezident İlham Əliyev Kubanın Azərbaycanda yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteronun etimadnaməsini qəbul edib. Bu barədə rəsmi mətbuat xəbər verir.
Azərbaycan ilə Kuba arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu əlaqələri daha da genişləndirməyin zəruriliyini vurğulayıb. İ.Əliyev iqtisadi və digər sahələrdə fəal əməkdaşlıq əlaqələri yaratmağın önəmini qeyd edib.
Səfir Omar Senon Medina Kinteron Azərbaycan ilə Kuba arasında əlaqələrin möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə birgə layihələr, sərmayə qoyuluşu, səhiyyə, idman, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.