Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılmasına dair layihələrin reallaşdırımasına başlanılıb. Bu barədə Prezident İlham Əliyev bəyan edib.
“İri fermer təsərrüfatlarının yaradılması ilə bağlı verilən göstərişlər yerinə yetirilir. Artıq iki böyük layihə icra edilməkdədir - biri Ağcabədi rayonunda, digəri Beyləqan rayonunda”, - deyə İ.Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
İ.Əliyevin çıxışının mətni cümə axşamı rəsmi mətbuatda dərc edilib.
Prezident qeyd edib ki, iki sahənin ümumi ölçüləri 5 min hektar təşkil edir.
“Bu fermer təsərrüfatlarında məhsuldarlıq çox yüksək olmalıdır”, - deyə o qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Azərbaycanda ən azı 40, bəlkə 50 sentner taxıl istehsal edilməlidir ki, biz növbəti üç-dörd ilə “buğda sahəsində də öz tələbatımızı tamamilə daxili resurslar hesabına ödəyə bilək”.
Dövlət başçısı əlavə edib ki, belə fermer təsərrüfatlarının yaradılması prosesi sürətlə getməlidir.