Gülər Əhmədova YAP Yasamal təşkilatının üzvüdür və partiya sıralarında heç bir səlahiyyətlərə malik deyil. Bu barədə partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı cümə axşamı jurnalistlərə bəyan edib.
Gülər Əhmədova partiyanın Siyasi Şurasının üzvü deyil və Yasamal rayon təşkilatında hər hansı vəzifə daşımır”, - deyə o qeyd edib.
O həmçinin eks-deputatın YAP sıralarından çıxarılması məsələsinə partiyanın iclasında baxılması ehtimalını təkzib etməyib.
“Gülər Əhmədovanın üzvlük məsələsi yəqin ki, partiyanın Yasamal təşkilatının iclasında müzakirə ediləcək”, - deyə M.Qurbanlı qeyd edib ki, Nizamnaməyə uyğun qərar veriləcək
Xəbər verildiyi kimi, sentyabrın sonunda Baş Prokurorluq Gülər Əhmədova və ləğv edilən ABU-nun eks-rektoru Elşad Abdullayevin iştirakı ilə videomateriallar faktı üzrə cinayət işi açıb. Videomaterialda G.Əhmədova guya E.Abdullayevdən 2005-ci ildə parlamentə deputat seçilməsinə görə rüşvət tələb edir. Cinayət işi açıldığına görə G.Əhmədova deputat mandatından imtina edib. Azərbaycan Mərkəzi Seçki Komissiyası ötən həftə G.Əhmədovanın mandatını ləğv edib.