Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri sentyabr ayında avqust ayi ilə müqayisədə 1,7% artıb. Bu barədə “İnterfaks – Azərbaycan”agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Sentyabrda heyvandarlıq məhsullarına qiymətlər 0,4% aşağı düşüb. Hesabat ayında diri balığın (0,4%), inəklərin (1%), mal ətinin (0,1%), qoyun ətinin (6,3%), yumurtanın (16,3 %) qiymətlərində azalma olub.
Sentyabr ayında quş ətinin (7,6%), qoyun ətinin (0,1%), donuz ətinin (7,5%), südün (4%), hind toyuğu ətinin (12,1%) qiymətlərində artım müşahidə olunub.
Bitkiçilik sahəsində sentyabr ayında birillik bitkilərin qiymətləri 5,2% artıb, çoxillik bitkilər 1,9% ucuzlaşıb.
Sentyabrda kartof (1,4%), baş soğan (0,9%), göyərti (0,4%), kələm (1,3%), çuğundur (24,3%), kök (9,9%), balqabaq (0,8%), üzüm (6,3%), alma (4%), armud (3,9%), gavalı və göyəm (0,3%), limonlar (1,8%), zoğal (10,2), moruq və böyürtkən (0,1%), qoz (1,6%) qiymətlərində azalma qeydə alınıb.
Sentyabrda sarmısaq (3,2%), xiyar (41,8%), pomidor (0,9%), badımcan (47,3%), bibər (21,8%), yonca (0,9%), fındığın (3,6%), yemiş (14%), buğda (6,7%), yaşıl lobya (2,1%), quru otun (0,9%), arpa (8,5%), qarpız (6,6%) qiymətlərində artım müşahidə olunub.