Təhsil Nazirliyinin “qaynar xətt”inə 70-ə yaxın şikayət daxil olub. Bu barədə”İnterfaks - Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Sentyabr ayında nazirliyin “qaynar xətti”nə 1,441 min müraciət daxil olub ki, onlardan 69-u şikayət xarakteri daşıyır. Şikayətlərin əksəriyyəti məktəblərdə təhsil prosesinin təşkili ilə bağlıdır.
Ümumilikdə, vətəndaşların şikayətləri tədris prosesinin təşkili, məktəb rəhbərlərinin idarəetmədə yol verdikləri nöqsanlar, məktəbli formasının, şagirdlərin dərs vəsaitləri ilə təmini u.aqların məktəbə qəbulu və digər məsələlərlə bağlıdır
Bütün müraciətlərə baxılıb və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən müvafiq qaydada cavablandırılıb.