SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) cümə günü Ağdam, Tərtər, Bərdə, Yevlax və Şamaxı rayonlarının qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan 18:00-dək “Yevlax-Naxçıvan” magistral qaz kəmərində, saat 09:00-dan 18:00-dək isə “Dilman Şərədil” xətti istisna olmaqla Şamaxı Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri müddətində Ağdam, Tərtər, Bərdə rayonlarına, Yevlax rayonunun Kövlər kəndinə, eləcə də Şamaxı şəhəri daxil olmaqla Şamaxı rayonunun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.