Azərbaycanın neft sektorunda ÜDM-nin azalması yanvar- sentyabr ayları ərzində 6,9 % təşkil edib. Bu barədə Statistika üzrə Dövlət Komitəsinin saytında məlumat verilir.
Məlumata əsasən, Azərbaycanda ÜDM-nin nominal həcmi 2012-ci ilin yanvar- sentyabr aylarında 39,8 mlrd. manat təşkil edib ki, bu keçən ilin analoji dövrünün göstəricisindən 1,1% çoxdur.
Bununla yanaşı, qeyri-neft sektorunda ÜDM istehsalı 9 ay ərzində 10,3 % təşkil edib.
Hesabat dövründə ÜDM-nin 67,2%-i istehsal, 26,6%-i xidmət, 6,2 %-i vergi sahəsinin payına düşür.
ÜDM-nin strukturunda 51,3 % sənaye, 9.8 % tikinti, 6,1 % ASK, 4,7 % nəqliyyat, 8% ticarət və pul xidmətləri,1,7 % rabitə,12,2 % sosial və digər xidmətlərin payına düşüb.
Azərbaycanda adambaşına düşən ÜDM yanvar- sentyabr aylarında 4340,2 manat ($5522,6) təşkil edib.
2012-ci ilə Azərbaycan hökuməti Azərbaycanda ÜDM-ni 2,2% səviyyəsində proqnozlaşdırır.
2011-ci ildə Azərbaycnda ÜDM 0,1% artıb.