Ötən həftə Azərbaycanın yollarında 64 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 46 nəfər həlak olub, 73 nəfər yaralanıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Ən iri yol-nəqliyyat hadisəsi Astara rayonunda baş verib, iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər həlak olub, daha iki nəfər bədən xəsarətləri alıb.
Bakının Suraxanı rayonunda "VAZ" markalı avtomobilin divara çırpılması iki nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnib.
Xaçmaz rayonunda "Mercedes" markalı avtomobilin aşması nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb. Həmin rayonda "VAZ 21011" markalı avtomobil ağaca çırpılıb, bir nəfər həlak olub.