Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları 34 narkomanı və narkotik maddə alverində şübhəli bilinən 4 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkomanlardan ümumilikdə 10,64 qram marixuana, 3,172 qram heroin və 3,925 qram tiryək, narkotik maddə alverində şübhəli bilinən şəxslərdən isə 17 kq 270 qram marixuana müsadirə edilib.