“Azərbaycan Hava Yolları” QSC Bakı-Dubay-Bakı istiqamətində reyslərə xüsusi güzəştli tarif tətbiq edib. Bu barədə cəmiyyətdən məlumat verilib.
“Bakı-Dubay-Bakı istiqamətində həyata keçirilən uçuşlarında, “gediş-dönüş” 130 avro olmaqla yeni xüsusi güzəştli ekonom sinif tarifləri tədbiq olunur. Bu tarif yalnız aviaşirkətin J2 015/016 reyslərinə, ilkin uçuş nöqtəsi Bakı olduqda şamil olunur”, - deyə məlumatda qeyd olunur.
Hər sərnişin üçün baqajın pulsuz daşınma norması – hər biri 23 kq olmaq şərtilə 2 yer təşkil edir.