Azərbaycan-Pakistan iqtisadi münasibətləri iki ölkələr arasında hazırki siyasi əlaqələrin yüksək səviyyəsinə uyğun olmalıdır. Bu barədə Pakistanın xarici işlər naziri Hina Rabbani Khar bazar ertəsi Bakıda jurnalistlərə bəyan edib.
“Ölkələrimiz arasında ticarət dövriyəsi mövcud potensial əks etdirmir”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Bakı və Kəraçi həm regiona, həm də beynəlxalq səviyyədə biri-birini dəstəkıəyirlər. “Pakistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”, - deyə H.Khar bildirib.
İranın xarici işlər naziri Əli Əkbər Salehi öz növbəsində jurnalistlərə bəyan edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü və BMT TŞ-nin qəbul etdiyi dörd qətnaməni dəstəkləyir. Dağlıq Qrabağda erməni separatçılarının aeroport stifadə vermək cəhdlərinə gəlincə, Ermənistan XİN rəhbəri bəyan edib ki, “bu məsələ beynəlxalq hüquq əsasında həll edilməlidir”.
İran və Pakistan XİN rəhbərlərinin jurnalistlərlə görüşü Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində keçirilib.
Iclas zamanı Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Türkiyə, Əfqanıstan, Pakistan, Gırğızıstan, İrandan olan həmkarlarla ikitərfli görüşlər keçirib. Görüşlərdə regional və beynəlxalq xarakterli məsələlər müzakirə olunub.